Baş anbardar
Caspian Cable Systems MMC Qobu Production/Manufacturing
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Vəzifə öhdəlikləri:

● Anbar sahəsi üzrə xammal, hazır məhsul və digər vacib hesabatların hazırlanması, rəhbərliyə və lazım gələrsə, müvafiq şöbələrə göndərilməsi

● İstehsaldan çıxmış hazır məhsullarının sayılması, qaimələrinin yoxlanması və anbara qəbul edilməsinə nəzarət və rəhbərlik etmək

● Xammalın qaimə əsasında anbara qəbul edilməsinə nəzarət etmək

● Ərzaq məhsullarının və təsərrüfat məhsullarının gündəlik olaraq qaimələrlə uzalaşdırılıb qəbulunun həyata keçirilməsinə rəhbərlik və nəzarət etmək

● Hazır məhsulların müvafiq qaydada yığılması və yerləşdirilməsinə nəzarət və rəhbərlik ediilməsi

● Tabelikdə olan anbardar və anbardar köməkçisinin gündəlik iş bölgüsü və fəaliyyətinin səmərəli şəkildə koordinasiya edilməsi

● Anbardan çıxan hazır məhsulların qaimə əsasında təhvil verilməsi və maşınlara yüklənməsinin təmin edilməsinə nəzarət edilməsi, birbaşa cavabdehlik daşınması

● Anbar yerdəyişmə qaimələrinin mühasibatlıq şöbəsinə təhvil verilməsinin nəzarətdə saxlanması

● Anbarda daxil olan xammalın və anbardan çıxan hazır məhsulların qeydiyyatının aparılmasına nəzarət edilməsi

● Anbardan çıxan və anbara daxil olan təsərrüfat və ərzaq məhsullarının qedyiyyatını aparmaq və təhvil-təslimə nəzarət etmək

● Xammalın tələbə uyğun olaraq qaimə əsasında istehsala təhvil verilməsinin təşkili və ümumi prosesə nəzarət edilməsi

● Ayda 1 dəfə sayım prosesinin həyata keçirilməsini və mühasibatlıqla yoxlanılmasını nəzarətdə saxlamaq

● Saym zamanı ortaya çıxan problemlərin mühasibatlıqla birgə araşdırılması və həll edilməsi

● Barabanların qaimə əsasında qəbul edilməsi və qeydiyyatının aparılmasına nəzarət edilməsi

● Barabanların istehsal departamentinə təhvil verilməsinə nəzarət etmək

● Anbar qalığına nəzarət edilməsi

● Stok aut olan təsərrüfat mallarının təchizat şöbəsinə sifariş edilməsinə nəzarət edilməsi

● Stok aut olan xammalın istehsalatla razılaşdırdıqdan sonra təchizata sifariş edilməsinin təmin edilməsi və prosesə davamlı nəzarət edilməsi

● Stokun müəyyən edilməsinin satış bölməsi ilə vaxtaşırı müzakirə edilməsinə nəzarət edilməsi

● Rəhbər tərəfindən bu sahə üzrə tapşırılan digər işləri görmək

Tələblər

Təhsil tələbləri:
● Ali/iqtisadiyyat/maliyyə/logistika

Staja dair tələb:
● Ən azı 3-5 il

Peşə səriştələri:
● Effektiv ünsiyyət
● Operativlik
● Dəqiqlik

Kompüter biliklərinə dair tələblər:
● MS Office, 1C 8.3 ERP

Dil bilikləri:
● Azərbaycan dili

İş şərtləri:
● 5 günlük iş qrafiki/saat 08:00-dan 17:00-a qədər
● Əmək haqqı: 650-800 AZN
● İş yeri: Abşeron rayonu Qobu qəsəbəsi.
● Nahar və Servis Şirkət tərəfindən təmin olunur.

İşə qəbul zamanı Qobu və Güzdək ərazisində yaşayan namizədlərə daha üstünlük verilir. Maraqlanan namizədlər CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Baş anbardar” yazaraq göndərə bilərlər.

Ümumi məlumat
Əlavə edilib: 09-04-2024
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı