Beynəlxalq əlaqələr üzrə mütəxəssis
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

· Beynəlxalq müqavilələrin və beynəlxalq təşkilatlar çərçivəsində qəbul olunmuş sənədlərin, habelə onlardan irəli gələn öhdəliklərin Müəssisənin fəaliyyət istiqamətləri üzrə ekspertizasının həyata keçirilməsində iştirak etmək;

· Beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə münasibətlərin qurulması və genişləndirilməsi istiqamətində tədbirlər görmək, əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasını təşkil etmək;

· Beynəlxalq əlaqələr sahəsində normativ hüquqi aktların və sənədlərin layihələrinin hazırlanmasında, həmçinin Müəssisənin strukturları tərəfindən hazırlanmış normativ hüquqi aktların, təşkilati sərəncamverici sənədlərin layihələrinə dair təkliflər verilməsində iştirak etmək;

· Müəssisənin strukturunun və fəaliyyətinin təşkili və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və fəaliyyətin təkmilləşdirilməsi istiqamətində şöbə müdirinə təkliflər təqdim etmək;

· Xarici dövlətlərin müvafiq qurumlarından və beynəlxalq təşkilatlardan daxil olmuş müraciətlərə baxmaq və cavablandırmaq;

· Xarici dillərdə daxil olan məlumatları tərcümə etmək və müvafiq qaydada rəhbərliyə təqdim etmək.

Tələblər

· İngilis dilində sərbəst danışıq, dinləmə, yazı, oxu qabiliyyətlərinə malik olmaq (“ielts” sertifikatı arzu olunandır), yaxud Çin, ərəb, fars, ingilis, rus, gürcü, alman, fransız dillərində oxuma, yazma və danışıq bilikləri;

·Beynəlxalq münasibətlər, beynəlxalq hüquq, politologiya, regionşünaslıq ixtisasları üzrə ali təhsil;

· Müvafiq sahə üzrə iş təcrübəsi arzu olunandır;

· Yaş - 22-28 (yalnız bəylər)

· Yaxşı səviyyədə MS Office proqramlarından istifadə bacarığı;

· İşgüzar yazışmaların aparılması bacarığı;

· Analitik düşünmə bacarığı;

· Problem həlletmə bacarığı;

· Planlama və zamanın idarəolunması;

· Situativ qərarvermə;

· Yüksək ünsiyyət bacarıqları.

İş şərtləri:

· AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi

· 3 ay sınaq müddətindən sonra tibbi sığorta ilə təmin edilmə

· İş vaxtı 09:00 – 18:00

· İş günü 6/1 şənbə (qısa iş günü) və bazar qeyri-iş günləridir

Ümumi məlumat
Əlavə edilib: 15-04-2024
Əmək haqqı: 2000 - 2500 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı