Böyük hüquqşünas
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Vəzifə üzrə öhdəliklər:

· Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Cəmiyyəti təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;

· Cəmiyyət tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, Cəmiyyətə qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;

· Korporativ hüquq məsələləri üzrə zəruri hüquqi dəstəyin göstərilməsi;

· Hüquqi risklərin qiymətləndirlməsi, AFF MMC və LMH MMC-nin hüquqi mənafeyinin və maraqlarının qorunması istiqamətində bütün zəruri tədbirlərin həyata keçirilməsi;

· AFF MMC-nin və LMH MMC-nin fəaliyyəti üzrə tələb olunan hüquqi təsdiqedici sənədlərin alınması üçün vaxtında müraciət edilməsi (patent, əmtəə nişanı, sertifikat, icazalər və s.), iş fəaliyyəti ilə bağlı sertifikatların və digər hüquq təsdiqedici sənədlərin alınması;

· Müqavilələrin, sazişlərin və onlara dəyişikliklərin, düzəlişlərin hazırlanması, o cümlədən onların Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalara və Holdinqin iş maraqlarına uyğun tərtib olunması;

· Cəmiyyət tərəfindən bağlanması nəzərdə tutulan və Hüquq şöbəsinə viza qoyulması üçün təqdim edilən müqavilələr üzrə hüquqi rəylərin verilməsi;

· Müqavilələrin təsdiq olunmuş prosedura əsasən müəyyənləşdirilmiş qaydada, dövrdə hazırlanması, razılaşdırılması və imzaya yönəldilməsi;

· Qarşı tərəfdən daxil olan müqavilələrin yoxlanılması və onlara dair rəy bildirilməsi;

· Müqavilələrin pozulmasına dair məsələləri vaxtında aşkar edib, həll edilməsi;

· Şirkətin imzaladığı müqavilələrdən irəli gələn və onlarla əlaqəli hüquqi qərarların hazırlanması və verilməsi;

· Əmtəə nişanların, patentlərin alınması və qorunması üçün tədbirlərin həyata keçirilməsi;

· Dövlət qurumları, məhkəmə və digər təşkilatlar ilə yaranmış mübahisələrdə şifahi və ya yazılı formada təmsil edilməsi;

· AFF MMC-nin və LMH MMC-nin departamentləri tərəfindən hazırlanmış sənədlərin mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından sənədlərə hüquqi nəzarətin həyata keçirilməsi (yoxlanılması, redaktə edilməsi və rəy bildirilməsi);

· Yaranmış əmlak məsələləri ilə əlaqədar müqavilələrin bağlanılması, çıxarışların və icazələrin alınması;

· Hüquq məsələləri üzrə birbaşa rəhbər tərəfindən vaxtaşırı verilə biləcək digər tapşırıqların yerinə yetirilməsi.

İş şəraiti:

§ AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

§ İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar

§ İş yeri: Bakı şəhəri

§ Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır.

Vakansiyaya müraciət üçün CV-ləri “Böyük hüquqşünas” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Tələblər

Namizədə Tələblər:

· Hüquq sahəsində bakalavr/magistr təhsili;

· Hüquq və ya hüquqla əlaqəli sahə üzrə minimum 5 il iş təcrübəsi (Vəkillər Kollegiyasının üzvlərinə üstünlük veriləcək);

· Hüquqi nitq və yazışma qabiliyyəti, vaxt idarəetmə bacarığı (planlaşdırma / prioritetləşdirmə), detallara diqqət, operativ, güclü problem həll etmə, komandada işləmək bacarığı;

· MS Office, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi bilikləri (Mülki, satınalma, kommersiya, əmək və gömrük qanunvericiliyi);

· Azərbaycan dili mükəmməl, İngilis dili yaxşı səviyyədə

Ümumi məlumat
Əlavə edilib: 16-04-2024
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı