Logistika üzrə mütəxəssis
Human Capital Baku Baku Logistics/Transportation
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Vəzifə öhdəlikləri:
• Logistik problemləri aşkarlamaq və prosesin təkmilləşdirilməsi üçün təklif və plan hazırlayıb tətbiq etmək.
• Daşınacaq yüklərin siyahısının tərtib edilməsi, yükə aid məlumatların toplanması, xüsusi cədvəldə və daxili əməliyyat sistemində qeydiyyatın aparılması
• Beynəlxalq daşımaya aid məlumatların daxili sistemdə qeydiyyatını aparmaq və yükün çatdırılma prosesinin cari statusunu daimi izləmək və yeniləmək;
• İdxal əməliyyatlarına və məhsulun paylanmasına nəzarət
• Gömrük Bəyannamələrin tərtib edilməsinə və Gömrük prosesinə nəzarət ;
• Qısa idxal bəyənnamələrinin gömrük brokeri tərəfindən vaxtında yazılmasını təmin etmək;
• Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq
• Ödənişlərin planlaşdırılması və hesabatın formalaşdırılması
• Təchizat, nəqliyyat, anbar və maliyyə sənədlərinin qeydiyyatı
• Bazar qiymətlərinin monitorinqi və risklərin dəyərləndirilməsi.
• Rəhbərliyin tələbinə əsasən illik, rüblük və aylıq hesabatların hazırlanması və təqdim edilməsi.

Tələblər

Tələblər:
• Təhsil: Ali
• Müvafiq sahədə ən azı 3 il təcrübə;
• MS Office (Word, Excel, Outlook);
• Azərbaycan dili – sərbəst, rus və ingilis dilləri – orta səviyyədə;
• Təhlil etmə və problem həll etmə qabiliyyəti;
• Detallara qarşı dəqiq və diqqətli olmalı;
• Güclü ünsiyyət bacarığı;
• Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı.
İş baradə məlumat:
İş qrafiki : həftədə 5 gün: 09:00-18:00
İstirahət günləri: şənbə- bazar
İşə qəbul, AR Əmək Məcəlləsi əsasında
Əmək haqqı diapazonu: namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.

 

https://hcb.az/vacancy/6219

 

Ümumi məlumat
Əlavə edilib: 06-03-2024
Əmək haqqı: 1000 - 1200 azn
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı