Mühasib
CS Group MMC Baku Accounting/Finance
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

- İlkin sənədlərin qəbulunu və işlənməsini həyata keçirir, onlara nəzarət edir (əmtəə-nəqliyyat qaimələri, kassa sənədləri, kontragentlərlə olan müqavilələr);

- Ödəniş tapşırıqları və ya internet bankçılıq vasitəsilə daxili və xarici ödənişlərin icra edilməsi;

- Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi;

- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;

- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;;

- Debitor-Kreditor cədvəlinin hazırlanması;

- Online kargüzarlığa daxil olan məktubların mütamadi yoxlanılması və lazım gəldikdə cavablandırılması;

- E-Qaimələrin tərtib edilməsi və müvafiq reyestrin aparılması;

- Şirkət fəaliyyəti: konsaltinq – mühasibatlıq və maliyyə, HR və hüquqi xidmətlər;

İş şəraiti:

- İş vaxtı: 09:00 - 18:00;

- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir);

- Əmək haqqı: 1000 AZN;

- Ünvan: Zərifə Əliyeva küç.55, Yeni Hayat Plaza;

- Şirkət tərəfindən korporativ nömrə verilir.

Tələblər

- Ali təhsil (iqtisadiyyat, maliyyə, mühasibatlıq və digər əlaqəli sahələrdə);

- Yaş həddi: 25-35 yaş aralığında;

- Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;

- Azərbaycan dilində və rus dilində mükəmməl danışıq və yazı qabiliyyəti, ingilis dili üstünlükdür;

- MS Office proqramlarında sərbəst işləmə bacarığı (xüsusilə word, excel);

- Vergi Qanunvericiliyi üzrə biliklər;

- E-qaimə fakturalarının, VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə və e-gov.az , e-taxes.gov.az proqramı ilə işləmə bacarığı;

- Sənədlərlə səliqəli işləmə bacarığı (qovluqlarda sənədlərin düzgün və səliqəli yerləşdirilməsi);

- Komanda ilə işləmə bacarığı;

- Səliqəli klassik iş geyimi (dress code).

Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.

Ümumi məlumat
Əlavə edilib: 23-04-2024
Əmək haqqı: 1000 - 1000 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı