Usta-təlimatçı
Tələblər
Təsviri
Tələblər
Knauf Marketing Baku (inşaat materialları istehsalçısı) şirkəti Usta - təlimatçı vəzifəsinə vakansiya elan edir. Vəzifə özündə ünsiyyət qurma bacarığı, öyrənmə qabiliyyəti və inşaat materialları ilə işləmə səriştəsini ehtiva edir.
Usta-təlimatçının öhdəlikləri:
- Tikinti, təmir və tamamlama işləri ilə məşğul olan ustalar, briqadalar, prorablar və şirkətlərlə əlaqələrin yaradılması və davamlı olaraq genişləndirilməsi.
- Knauf materialları və texnologiyaları üzrə nəzəri və praktiki təlimlərin keçirilməsi.
- Tikinti obyektlərində texniki dəstəyin göstərilməsi.
- İşlərin icrası üçün zəruri olan material sərfiyyatının hesablanması.
- Master – klas və seminarların keçirilməsi.
- Məhsul və xidmətlərin çeşidini genişləndirmək üçün əlavə imkanların müəyyənləşdirilməsi.
- Şirkətin istehsal etdiyi məhsullara aid maketlərin hazırlanması.
- Müştərilərin məlumat bazasının tərtib olunması, görülən işlər barədə hesabatların hazırlanması.
Namizədə tələblər:
- Knauf materialları ilə işləmək üzrə nəzəri və təcrübi biliklərə malik olması (şirkət təlim imkanları təmin edəcək, lakin rəngsaz və gipskarton quraşdırılması sahəsində texniki bacarıq və minimum təcrübə məcburi tələbdir).
- Ünsiyyət qurma bacarığı olan.
- Nümayiş və təlimlər üçün lazım olan materialların hesablanması.
- Çalışqan, diqqətli, dəqiqlik, yaxşı öyrənmə qabiliyyəti.
- Avtomobil sürmə təcrübəsi olan (В kateqoriya).
- Azərbaycan və rus dillərini səlis bilməsi mütləqdir, ingilis dili üstünlük hesab olunacaq.
- Vəzifə fiziki hazırlıq tələb etdiyinə görə, 30 yaşa qədər olan şəxslərə üstünlük verilir.
Ümumi məlumat
Əlavə edilib:
13-03-2024
Əmək haqqı:
razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail:
[email protected]
CV göndərmək