Xəzinədar əməliyyatçı
GL ASC Bakı Banking/Finance
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Şirkət haqqında:

2016-cı ildən fəaliyyətə başlayan “GL” ASC müştərilərə “Sizin Lombard” brendi ilə çevik və keyfiyyətli xidmət göstərir. Bakı şəhəri və Respublikamızın bölgələrində 53 filial şəbəkəsi ilə müştərilərə daha yaxın və əlçatan olmaqla qızıl girovu əsasında sərfəli kredit əldə etməkdə geniş imkanlar yaradır.

Şirkətimizin prioritet məqsədlərindən biri də işçi heyətimizi gələcək uğurların təməli olan kapital kimi qiymətləndirməkdir.

İnsan kapitalının inkişafı, insan resurslarının idarə edilməsində çevik və müasir metodların tətbiqi, kollektiv arasında motivasiyanın yüksəldilməsi, bilik və bacarıqların artırılması yönündə müxtəlif layihələrdə iştirak, performans dəyərləndirməsi, keyfiyyətli iş mühitinin yaradılması prioritet məqsədlərimizdəndir.

GL ASC-dən Bakı şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir.

Tələblər

Tələblər:

Ali təhsil;

Yaş həddi: 21-35

Kassir vəzifəsində minimum iş təcrübəsi 1 İL

Azərbaycan dilini səlis bilməli, rus və ingilis dilini bilməsi arzu olunandır;

Nağd pul ödənişləri aparmaq üçün riyazi biliklərə malik olmalı;

Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli;

Microsoft Office programları üzrə biliklərə malik olmalı;

İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.Müştərilərin suallarını dinləyib, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi

Əməliyyatların aparılmasında təfərrüata və dəqiqliyə diqqət etməli

İş barədə:

Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin qəbul edilməsi;

Ödənilən vəsaitlərin yoxlanılması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi;

Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;

Kassadan keçən bütün pul vəsaitlərinin, sənədlərin nəzarətdə saxlanılması və hesabatının aparılması;

Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasının və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi;

Əməkhaqqı razılaşma yolu ilə Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Xəzinədar əməliyyatçı (müvafiq filial qeyd etməklə)” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan bütün əlavə, göndərilən CV-lər məxfi məlumat bazasına daxil edilir.

Ümumi məlumat
Əlavə edilib: 29-03-2024
Əmək haqqı: 400 - 500 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı