İşə qəbul üzrə mütəxəssis
GRC MMC Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

GRC MMC Şirkətlər qrupu "İşə qəbul üzrə mütəxəssis" vakansiyası üzrə müsahibə elan edir:
Namizədin vəzifələri:

-Şirkətin işəqəbul proseduruna uyğun olaraq işin aparılması

-Vakansiyaların təhlili,tələb olunan işçi sayının müəyyən edilməsi

-Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı

-Vakansiyalar üzrə elanların müvafiq saytlarda yerləşdirilməsi

-Digər işəgötürmə və axtarış üsullarının həyata keçirilməsi,axtarış vasitələrinin effektivliyinin artırılması

-Daxil olunan CV-lərin qeydiyyatının aparılması,incələnməsi və vakansiyalara uyğun namizədlərin seçilməsi

-İşəqəbul mərhələlərinin və ilkin müsahibələrin keçirilməsi

-İşəqəbulda dəyərləndirmə formalarının müəyyən olunması

-Kadr bazasının hazırlanması və yenilənməsi

-Şirkətin işəqəbul və yerləşdirmə müddətində lazımi proseslərə nəzarət etmək

-Sınaq müddəti təyin edilməsi və izlənməsi

-Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması

-İşçi axınının təhlili və potensial işçi bazasının yaradılmasını təmin etmək

-Yeni işçilər üçün adaptasiya proqramının həyata keçirilməsi

-Kadrların seçilməsində və düzgün yerləşdirilməsində bilavasitə iştirak etmək

Tələblər

Namizədə qoyulan tələblər:

-Təhsil: Ali

-İş təcrübəsi: 5 ildən artıq

-Yaş: 30-55 yaş

-Azərbaycan dilində sərbəst danışmalı,rus dili arzuolunandı

-Stress altında işləməyi bacarmalı

-Məsuliyyət,düzgünlük,dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı

-Ünsiyyət yaratmaq,dinləmək,müşahidə etmək və insan psixologiyasına bələd olmaq

-Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı

-CV incələmə,görüş təqvimini planlama,ilkin müsahibə prosesinin həyata keçirilməsi,işəqəbul prosesinə hakim olmalı

-MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı

-Komanda ruhu və komanda da işləmək bacarığı olmalı

-Güclü ünsiyyət və danışıq qabiliyyəti

-Problemləri anında və operativ həll edə bilməli

İş şərtləri:

-Həftə içi 5 gün saat 10:00-dan 17:00-dək

Şənbə günü saat 10:00-dan 14:00-dək

Bazar günü və qeyri iş günləri istirahət

Geyim klassik və ofis geyiminə uyğun şəkildə,səliqəli olmalıdır

Qeyd: Müsahibə zamanı güc strukturlarında çalışmış namizədlərə,ehtiyatda olan hərbiçilərə,dövlət orqanı işçilərinə və müəllimlərə üstünlük veriləcək

Ümumi məlumat
Əlavə edilib: 16-02-2019
Əmək haqqı: 1000 - 1200 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı