Direktor köməkçisi
“AzərGlass” MMC Baku Administrative
Requirements
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Description

Vəzifə öhdəlikləri:

Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında şirkətdaxili, ölkədaxili və beynəlxalq yazışmaların aparılması;

Şirkət direktorunun iş qrafikinə uyğun iş planının hazırlanması (görüşlər, zənglər, qəbullar və s.);

Şirkət direktorunun texniki fəaliyyətinin təchiz edilməsi (nəqliyyat sifarişi, bilet sifarişi, yerli və beynəlxalq görüşlərin təşkili və s.);

İclasların təşkil edilməsi, hesabatların hazırlanması və direktora təqdim olunması;

Şirkətin illik gündəliyinin hazırlanması (yerli və beynəlxalq sərgilərin, potensial əməkdaşlıqların araşdırılaraq təqdim olunması).

 

İş şəraiti:

İş yeri: Heydər Əliyer pr. 103 C;

Əmək haqqı: müsahibə əsasında təyin olunur;

İş qrafiki: 6 gün, 09:00 – 18:00

 

Requirements

Tələblər:

Yüksək səviyyədə araşdırma bacarığı;

MS Office (Word, Excel, Outlook) proqramlarından və sosial media platformalarından istifadə etmək bacarığı;

Yüksək qavrama və öyrənmə qabiliyyəti;

Azərbaycan dili səlis, rus və ingilis dilləri yüksək səviyyədə;

İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Direktor köməkçisi" qeyd edərək elektron ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

“AzərGlass” MMC tərəfindən digər vakansiyalar:

Baş energetik;

Mühasib.

Overview
Posted: 07-05-2024
Salary Range: negotiable
Employer Contact
Contact Email: [email protected]
Apply Now

Job Search