Bazarın liderlərindən biri olan GL ASC (Sizin Lombard) Gəncə şəhərində yerləşən, filiallar üzrə Kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.
Əsas vəzifələr:
Aktiv satış təbliğatının aparılması və potensial müştərilərin axtarışı;
Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək;
Yeni kredit məhsulları və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlıq göstərmək;
Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
Ali təhsil/ natamam ali təhsil;
Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
Cins: kişi (arzuolunandır)
Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir
Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
İş qrafiki:
Bazar ertəsi – Cümə: 09:00 – 18:00
Ə/h: Müsahibə əsasında və əlavə olaraq veriləcək əməkhaqqının iki misli qədər bunus almaq imkanı.
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Kredit üzrə mütəxəssis (Gəncə)” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.
Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan bütün əlavə, göndərilən CV-lər məxfi məlumat bazasına daxil edilir.
Müraciət etmək üçün: [email protected]