Əmək Haqqı Üzrə Mühasib
Samuray Firması Sumgayıt Manufacturing/Warehouse
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Şirkət əməkdaşlarının aylıq əmək haqqlarının hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;

Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün şəkildə müvafiq proqrama daxil olunmasının təmin edilməsi;

Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;

Daxili və xarici ezamiyyələrin hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;

DSMF tərəfindən ödənişlərin vaxtında həyata keçirilmə məqsədi ilə elektron portalda xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin, birdəfəlik ödənişlərin rəsmləşdirilməsi;

Əmək haqqına dair sorğu və sualların cavablandırılması;

Əmək haqqı ilə bağlı vergi, DSMF və statistik orqanlara təqdim olunan hesabatların hazırlanması;

Əmək haqqı ilə bağlı digər əməliyyatların yerinə yetirilməsi və sənədləşmənin aparılması.

Tələblər

· Yaş həddi : 30 - 45;

· Cins : Kişi;

· Dil bilikləri: Azərbaycan dili səlist, Rus və İngilis dili biliyi arzuolunandır;

· Kompüter bilikləri: MS Office, 1C mühasibatlıq proqramından istifadə bacarıqları;

· Ali təhsil (maliyyə və mühasibatlıq sahələri üzrə);

· Müvafiq sahə üzrə azı 5 il iş təcrübəsi;

· Azərbaycan Respublikasının Əmək Məcəlləsini, maliyyə və mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi yüksək səviyyədə bilmək;

· Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;

Ümumi məlumat
Əlavə edilib: 04-07-2025
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı