Aparıcı mühasib
Caspian Cable Systems MMC Qobu Accounting/Finance
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Vəzifə öhdəlikləri:

● Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları üzrə sənədləşməni rəsmiləşdirir və icra edir.

● Müəssisənin vergi öhdəliklərinin qorunması, uçot əməliyyat işlərinin həyata keirilməsində baş mühasibin tapşırıqlarına əməl edir.

● Zavod üzrə bütün kassa əməliyyatlarının həyata keçirilməsi

● Zavod üzrə bütün alışların uçotunun aparılması

● Zavod üzrə bütün xərclərin uçotunun aparılması

● Müştərilərlə müqavilənin bağlanmasına yardım etmək (ehtiyac olduqda)

● Digər mühasib tərəfindən tərtib olunmuş hazır elektron qaimənin göndərilməsi

● Tədarükçü tərəfindən göndərilən qaiəmələri real anbarla müqaisə edib təsdiqlətmək

● Ümumi mühasibatlıqla bağlı alışları proqram təminatına qeyd etmək

● Rəhbərliyin təsdiqi ilə pul köçürmələrini və pul daxil olma hərəkətlərini həyata keçirmək

● Zavod üzrə əməkdaşlarının əmək haqqı tabelinin hazırlanması, davamiyyət və əlavə iş saatlarını dəqiqləşdirməklə.

● Əlavə iş saatlarının istehsal rəhbəri ilə dəqiqləşdirilməsi və təsdiqlənməsi

● Rəhbər tərəfindən tapşırılan digər işləri görmək

İş şərtləri:

· 5 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər

· Əmək haqqı: 800-900 AZN.

· İş yeri Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşir.

· Nahar və Servis Şirkət tərəfindən təmin olunur

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Aparıcı mühasib” yazaraq göndərmələri xahiş olunur.

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Tələblər

Təhsil tələbləri:

● Bakalavr

Staja dair tələb:

● Ən azı 1-3 il

İxtisas səriştələri:

● Diqqətlilik

● Məsuliyyətlilik

● Operativlik

● Dəqiqlik

Kompüter biliklərinə dair tələblər:

● MS Office

● Outlook

Dil bilikləri:

● Azərbaycan dili

Ümumi məlumat
Əlavə edilib: 23-04-2024
Əmək haqqı: 800 - 900 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı