Vəzifə üzrə öhdəliklər:
· Şirkətin stratejik hədəflərinə uyğun olaraq xarici bazarların araşdırılması işində yaxından iştirak etmək;
· Mövcud partnyorlar və müştərilərlə ticarət əlaqələrinin qorunması və inkişaf etdirilməsi;
· Potensial partnyorlar və müştərilərin tapılması və ilkin əlaqələrin yaradılması;
· İxrac əməliyyatları istiqamətində danışıqlar aparmaq;
· İxrac əməliyyatları, xidmətlər üzrə müqavilələrin hazırlanması prosesini – son imzaya qədər təqib etmək;
· İxrac əməliyyatları üzrə müvafiq sənədləşmələrin vaxtlı vaxtında təmin edilməsi;
· İxrac ediləcək malların müştərinin ehtiyacları çərçivəsində ixraca hazır qablaşdırılmasını təmin etmək;
· Gömrükdəki iş prosesi üçün lazım olan sənədləri hazırlamaq və prosesi koordinasiya etmək;
· İxrac əməliyyatları üzrə təmin edilən sənədlərin düzgünlüyünün yoxlanılması;
· İxrac əməliyyatları üzrə ödənişlərin təqib edilməsi və ödənişlərin müvafiq bəyannamə üzrə bağlanılmasını maliyyə komandası ilə koordinasiya etmək;
· İxrac üzrə satış planının yerinə yetirilməsi;
· Statistik hesabatların və satışın artırılması istiqamətində partnyor və müştərilər üçün təqdimatların tərtib edilməsi;
· Şirkəti yerli və xarici tədbirlərdə, sərgilərdə təmsil etmək.
İş şəraiti:
§ AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
§ İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
§ İş yeri: Bakı şəhəri
§ Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır.
Vakansiyaya müraciət üçün CV-ləri “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Namizədə Tələblər:
· Ali təhsil;
· Minimum 1 il iş təcrübəsi (Topdan satış və qida məhsullarının ixracı üzrə);
· Güclü yazılı və şifahi ünsiyyət bacarıqları, müştərilərlə düzgün davranış qaydaları və inandırıcılıq, komanda ilə işləmə bacarığı, analitik düşünmə, təşəbbüskarlıq, yeniliklərə açıq olmaq;
· Azərbaycan dili, Rus dili, İngilis dili, əlavə xarici dil bilikləri üstünlükdür;
· Vergi Məcəlləsi və Gömrük Məcəlləsi üzrə biliklər, ixrac əməliyyatları, Incoterms üzrə biliklər, MS Office proqramlarında sərbəst işləmək bacarığı.