Direktor köməkçisi
VİP Doors MMC Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq icrası, icra vəziyyəti ilə bağlı hesabatların təqdim olunması;
- Mağazada işlərin gedişatı və icra vəziyyətinin izlənilməsi, gün sonunda gərəkli məlumatların rəhbərliyə ötürülməsi;

- İlkin mühasibat sənədlərinin və anbarın izlənilməsi, 1C proqramında müvafiq qeydlərin ( mədaxil və məxaric və s.) aparılması;

- Maliyyə sənədlərinin uçotu və nəzarəti;
- Şirkətin müəyyən etdiyi korporativ üslub əsasında müştərilər və tərəfdaşlarla azərbaycan və rus dillərində ölkədaxili və beynəlxalq yazışmaların aparılması (e-mail, rəsmi məktublar və s.);
- Ofis daxili sənəd dövriyyəsinin idarə olunması;

- Gündəlik və aylıq hesabatların hazırlanması;

- İş şəraiti və ümumi vəziyyətlə bağlı rəhbərin məlumatlandırılması;

- Ünvan: Lökbatan qəsəbəsi, Abşeron Ticarət Mərkəzi;
- İş rejimi bazar ertəsi-şənbə (09:00-18:00), həftədə bir gün istirahət günü;

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Əmək haqqı: 1200 azn;

Tələblər

- Ali təhsil (mühasibatlıq, idarəetmə və ya iqtisadi sahə üzrə);
- Yaş həddi: 25-45;

- Xanım namizəd olması mütləqdir;
- Müvafiq sahədə az 1 il iş təcrübəsi;

- MS Office proqramlarında sərbəst işləmə bacarığı;

- 1C proqramında işləmə bacarığı mütləqdir;

- Azərbaycan və rus dillərində sərbəst özünü ifadə etmək mütləqdir;

- Yüksək təşkilatçılıq, planlama və vaxtın idarə olunması bacarığı;

- Məxfilik, məsuliyyətlilik və detallara diqqət;

- Mühüm məlumatların konfidensial şəkildə saxlanılması;

- Qeyd: seçimlər yalnız qeyd olunan elektron ünvana gələn cv-lər əsasında aparılacaq, zənglər və whatsapp üzərindən göndərilən cv-lər nəzərə alınmayacaqdır. Vakansiya ilə maraqlanan namizədlərdən cv-lərini mövzü hissəsində “Direktor köməkçisi” qeyd edərək [email protected] elektron ünvanına göndərməsi xahiş olunur.

Ümumi məlumat
Əlavə edilib: 14-10-2025
Əmək haqqı: 1200 - 1200 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı