Elektromexanik
"Qlass Haus" MMC Baku Engineering
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Şüşə zavoduna elektromexanik vakansiyası üçün 25-50 yaş arası müvafiq iş üzrə 3 ildən çox iş təcrübəsi olan namizəd axtarılır. İş növbəlidir, növbələr həftəlik olaraq dəyişir. 6 günlük iş rejimidir, bazar günü istirahət günüdür, geyim forması və nahar verilir. Əməkhaqqı müsahibə əsasında təyin ediləcək. Maraqlanan şəxslər elektron poçt ünvanına CV göndərə və ya 077-277-25-65 telefon nömrəsi ilə (vatsap var) əlaqə saxlaya bilər.

Tələblər

Təhsil : Ali, İş təcrübəsi : 3 ildən 5 ilə qədər, Yaş : 25 - 50, Cins : Kişi-Elektrik sxemlərinin oxunması,təmir və bərpa işlərinin həyata keçirilməsini həyata keçirir;
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil, istehsalın texniki hazırlığını təmin edir;
- Təmir üçün aidiyyatı təşkilatlarla planları (cədvəlləri) razılaşdırır, onları lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün materialların hazırlanmasında iştirak edir;
- Avadanlıqların təmiri, təmir – istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib hazırlanmasına, təmir keçirilməsinə smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün müvafiq sənədlərin tərtibatına rəhbərlik edir;
- Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil edir;
- Köhnəlmiş avadanlıq, maşın və mexanizmləri, obyektləri müəyyən edir, onların təmirini növbələşdirir;
- Eksperiment, quraşdırma, yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, bina və qurğuların yenidən qurulmasında iştirak edir;
- İstər təmir, istərsə də digər işlərin yerinə yetirilməsi zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik və istehsalat sanitariyası qaydalarına riayət edilməsini rəhbərlik etdiyi sahənin işçilərindən tələb edir;
- Testerlərlə işləməyi bacarmalıdır;
- Ali təhsilli, Rus və İngilis dillərini bilən namizədlər tələb olunur;

Ümumi məlumat
Əlavə edilib: 18-03-2024
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı