Kassir operator
VİP Doors MMC Bakı Accounting/Finance
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

“VİP DOORS” komandamız üçün qapı anbarına “kassir-operator” vakansiyası üzrə işəqəbulu açıq elan edirik!

Vakansiya üzrə vəzifə təlimatı:

- Anbara mədaxil və məxaricin düzgün formada 1C proqramına daxil edilməsi;

- Ödənişləri qəbul etmək və kassa əməliyyatını icra etmək;

- Gördüyü işlərlə bağlı aidiyyəti şəxslərə hesabatların verilməsi.

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

- İş rejimi bazar ertəsi-şənbə (09:00-18:00), bazar gün istirahət günü;

- Əmək haqqı: başlanğıc məbləğ olaraq 800 azn, növbəti ay artım nəzərdə tutulub;

- İş yeri: Binəqədi ray., Zəngəzur restoranının yanı;

- Korparativ nömrə, email və nahar şirkət tərəfindən verilir;

- Anbarımız yüksək standartlara cavab verən daxili otaq qapılarının topdan satışı ilə məşğuldur (oxşar sahədə təcrübəsi olan bəy namizədlərə üstünlük veriləcəkdir).

Tələblər

- Təhsil: orta ixtisas və ya ali təhsil;

- Yaş aralığı: 25-40;

- Bəy namizəd axtarılır;

- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;

- Azərbaycan dili səlis, rus dili arzu olunandır;

- Komputer və ofis avadanlıqlarından istifadə;

- 1C anbar proqramında praktiki işi bilməsi vacibdir;

- İşgüzar ünsiyyət etikası, komandada işləmə bacarığı, problemləri effektiv şəkildə həll etmək, hərəkətli iş rejimində işləmək bacarığı.

Vakansiya ilə maraqlanan namizədlərdən cv-lərini mövzü hissəsində “kassir operator” qeyd edərək [email protected] elektron ünvanına göndərməsi xahiş olunur.

Suallarınızla bağlı 0509889891 nömrəsi ilə Sahib bəylə əlaqə saxlaya bilərsiniz.

Ümumi məlumat
Əlavə edilib: 19-06-2025
Əmək haqqı: 800 - 800 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı