Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə inspektor
"Az Protein Foods Group" MMC Baku Manufacturing/Warehouse
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

· Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətə nəzarət prosesinin izlənilməsi, proseslərin qaydalara uyğun icra edilməsinin təmin edilməsi,

· Xammalın qəbulundan son məhsuladək olan mərhələləri nəzarət altında saxlamaq və müvafiq sənədləşmə işlərini icra etmək,

· İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarət etmək,

· Prosedur və təlimatlara, sanitar-gigyena norma və qaydalarına riayət edilməsinə nəzrət və təmin etmək,

· Qida təhlükəsziliyi və keyfiyyətə nəzarət üzrə yoxlamalar keçirmək,

· Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək,

· Uyğun olmayan məhsullarla bağlı birbaşa rəhbərə mlumat vermək,

· Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifə və öhdəlikləri vaxtında və lazımınca icra etmək.

Əmək haqqı: 500 - 600 manat.

İş qrafiki: 6 günlük

Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis fəaliyyət göstərir (müəssisə Buzovnada yerləşir).

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Tələblər

· Ali təhsil: Qida mühəndisliyi, Kimya, Mikrobiologiya və ya bunlara uyğun ixtisaslar

· Sertifikat: İSO 9001:2015, İSO 22000 və İSO 17025 standartının tələblərini bilməsi, bu sahədə təlim almış olması və müvafiq sertifikatlara sahib olması arzu olunandır.

· Təcrübə 1-2 il

· Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı

· MS Office proqramları (Word, Excell, Outlook), 1C proqramı üzrə ilkin biliklər.

Ümumi məlumat
Əlavə edilib: 27-03-2024
Əmək haqqı: 500 - 600 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı