Korporativ satış mütəxəssisi
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Vəzifə öhdəlikləri:

● Bazarın müştəriləri ilə ilk kontaktdan etibarən malın satışını, təhvilini, üzləşdirməni həyata keçirmək

● İstehsal olunan malların stoka və ya satışa gedəcəyini dəqiqləşdirərək anbarda müəyyən edilən yerlərdə saxlanmasına nəzarət etmək

● Təyin olunan miqdarlara əsasən stokda malların sayına nəzarət etmək, azaldıqda isə sifariş etmək

● Satılan maların müştərilərə çatdırılmasını koordinasiya etmək

● Təhvil verilən malların təhvil-təslim aktları ilə arxivləşdirilməsi

● Gündəlik görülən işlərlə bağlı kompüterdə hər günü ayrı qovluq olmaqla arxivləmək

● Anbarın səliqəsinə nəzarət etmək

● Sayt üzərindən gələn mesajları cavablamaq

● Info, sales e-maillərinə gələn sorğuların hazırlanmasına nəzarət və qiymət təklifi verilməsi

● İnstagram və social şəbəkədən gələn mesajların cavablanması

● Rəsmi sifarişlərdə sorğu təsdiqləndikdən sonra mal stokda olarsa bir başa satışa, yoxdursa İstehsal rəhbərinə sorğu keçmək

● Satışlarda əldə olan mal yoxdursa başqa şirkətlərdən və ya digər əlaqələrdən istifadə edərək malı tapmaq və müştəriyə çatdırılmasını koordinasiya etmək

● Müvafiq bazar müştərilərinin və B2B müştəri borclarının yığılmasına nəzarət etmək

● Ofis daxili dəftərxana ləvazimatların bitməməsinə nəzarət etmək və azaldqıda sifaris etmək və alışını həyata keçirmək

● Malı təhvil verməzdən əvvəl mühasibatlıqla ödənişin olunduğunu dəqiqləşdirmək

● Müştərilərlə yaranmış problemlərin araşdırılması və həllinə çalışmaq

Tələblər

Təhsil tələbləri:

● Bakalavr

Staja dair tələb:

● Ən azı 1 il

İxtisas səriştələri:

● Effektiv ünsiyyət

● Satış bilikləri

● Təqdimetmə

● Operativlik

● Dəqiqlik

Kompüter biliklərinə dair tələblər:

● MS Office

● Outlook

● 1 C

Dil bilikləri:

● Azərbaycan və Rus dili üstün səviyyədə olmalı. İngilis dili isə arzuolunandir.

İş şərtləri:

· 5 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər

· Əmək haqqı: fiks 650 AZN + bonus

· İş yeri Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşir.

· Nahar və Servis Şirkət tərəfindən təmin olunur

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Korporativ satış mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur.

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Ümumi məlumat
Əlavə edilib: 15-03-2024
Əmək haqqı: 600 - 700 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı