Anbar və ərazi təhlükəsizliyini təmin edəcək, məsuliyyətli və fiziki cəhətdən sağlam təhlükəsizlik əməkdaşı axtarırıq.
İşin məzmunu
Namizəd aşağıdakı vəzifələri icra edəcək:
• Nəzarət-buraxılış sistemini peşəkar şəkildə idarə etmək
• Ərazisini nəzarətdə saxlamaq
• Təhkim olunduğu ərazidə təhlükəsizlik və daxili intizam qaydalarının təmin olunmasına nəzarət etmək
• Qonaqların, işçi heyətin və nəqliyyat vasitələrinin giriş-çıxışını qeydiyyata almaq və müvafiq jurnallarda qeydlər aparmaq
• Təhlükəsizlik kameraları vasitəsilə müşahidə aparmaq və şübhəli hallara operativ müdaxilə etmək
• Fövqəladə hallarda rəhbərliyi dərhal məlumatlandırmaq və ilkin tədbirləri görmək
• Daxili təlimatlara və etik qaydalara uyğun şəkildə xidmət göstərmək
İş şərtləri
• Əmək haqqı: 700 AZN
• Xüsusi forma şirkət tərəfindən təqdim olunur
• İş yeri: Bakı (hazırda birdən çox anbar var)
Müraciət qaydası:
Uyğun namizədlərdən mövzu hissəsində “BakıTəhlükəsizlikƏməkdaşı” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərmələri xahiş olunur.
• Yaş: 23–38
• Fiziki cəhətdən sağlam və gümrah
• Həqiqi hərbi xidmət keçmiş
• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
• Ən azı orta təhsil (peşə, kollec, ali təhsil üstünlükdür)
• Səlist nitq və ünsiyyət bacarığı
• Təhlükəsizlik sahəsində etik davranış və yüksək intizamlı yanaşma
• Müvafiq təhlükəsizlik texnikası və protokolları üzrə məlumatlılıq
