Novco Şirkətlər Qrupunun kafe və restoran sferası üzrə mühasib tələb olunur.
İş barədə məlumat:
- Gündəlik bütün hesab-fakturaların, müqavilə sənədlərinin və onlardan irəli gələn aktların, qaimə-fakturaların qəbul edilməsi, yoxlanılması və müvafiq ödənişlərin hazırlanması və təqdim edilməsi.
- Satın alınan ehtiyatların maya dəyərinin, istehsalatın maya dəyərinin və satışın maya dəyərinin kalkulyasiyasının aparılması.
- Alıcılar və malsatanlarla qarşılıqlı üzləşmə aktlarının hazırlanması.
- Aylıq sayımlarda iştirak etmək, mal-material uçotunun dəqiq və düzgün aparılması üçün uyğunsuzluqları aşkar edib müvafiq düzəlişləri icra etmək.
- Elektron portallarında işləmə bacarığı (e-taxes, statistika).
- Bank köçürmə yolu ilə ödənişlərin edilməsi.
- Əməliyyatlar ilə bağlı hesabatların hazırlanması və ayın bağlanması prosesində iştirak etmək.
Vakansiyaya müraciət etmək istəyən namizədlər email ünvanına mövzu başlığında "Accountant" qeyd etməklə CV-lərini göndərə bilərlər.
Namizədə tələblər:
- Maliyyə, mühasibatlıq üzrə ali təhsil
- Ofis proqramlarında, əsasən EXCEL-də işləmə bacarığı
- Analitik təhlil etmə bacarığı
- Fikrini izah etmək qabiliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir.
- 1 ilə qədər iş təcrübəsi
- Daim inkişafa meyilli və işi planlamaq bacarığı