“GL” ASC (Sizin Lombard)
? Yevlax filialı üzrə Satış Məsləhətçisi vakansiyası üçün Təcrübə Proqramı elan edir!
? İş yeri: Yevlax şəhəri
Proqram haqqında:
• Təcrübə tələb olunmur! Bu proqram yalnız təhsilini tam başa vurmuş şəxslər üçün nəzərdə tutulmuşdur.
• Magistr təhsili alan tələbələr istisna olaraq proqramda iştirak edə bilərlər.
• Namizədlər ilkin mərhələdə 3 ay müddətində peşəkar əməkdaşlarımız tərəfindən təlimə cəlb olunur, nəzəri və praktiki biliklər qazanırlar.
• Təcrübə müddəti ərzində siz həm öyrənəcək, həm də qazanc əldə edəcəksiniz!
Ödənişli təcrübə şərtləri:
• Təcrübə dövründə:
? Əmək haqqı – 200 AZN
? Bonus – 300 AZN-ə qədər
• Təcrübə proqramını uğurla tamamladıqdan sonra:
? Tam ştat Satış Məsləhətçisi kimi işə qəbul olunur
? Əmək haqqı – 400 AZN
? Bonus – 800 AZN-ə qədər
Proqramın üstünlükləri:
• Müasir satış texnikaları üzrə peşəkar təlimlər
• Praktiki təcrübə və inkişaf imkanı
• Gələcəkdə daimi işlə təmin olunma perspektivi
• Əmək haqqı + bonus sistemi ilə motivasiyaedici mühit
• Maliyyə və kredit sahəsində karyera başlamaq üçün əla fürsət
Namizəddən gözləntilər:
• Təlimlərdə aktiv iştirak və öyrəndiklərini tətbiq etmək
• Təlimçi və mentorlarla interaktiv şəkildə işləmək
• Satış üzrə nəzəri və praktiki bacarıqları inkişaf etdirmək
• Komandada işləmə və müştəri ilə düzgün ünsiyyət qurmaq bacarığı
Tələblər:
• Ali təhsilini tam başa vurmuş şəxslər (magistr tələbələri istisna təşkil edir)
• Maliyyə və satış sahəsində karyera qurmaq niyyəti
• Öyrənməyə açıq, məsuliyyətli və motivasiyalı olmaq
• Hədəflərlə işləmə bacarığı
Müraciət qaydası:
Tələblərə cavab verən şəxslər “Təcrübə Proqramı (Satış məsləhətçisi – Yevlax)” başlığı ilə
? [email protected] elektron ünvanına CV-lərini göndərə bilərlər.
Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Təqdim olunan bütün məlumatlar məxfi şəkildə qorunur.
Əlaqə:
? Telefon: (+994 50) 248 10 00
? Vebsayt: www.sizinlombard.az
? Email: [email protected]
