Təcrübə Proqramı
GL ASC Agstafa Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

“GL” ASC (Sizin Lombard) – Ağstafa filialı üzrə Əmək Haqqı + Bonuslu Satış Məsləhətçisi Vakansiyası üçün Təcrübə Proqramı

Proqram haqqında:

· Təcrübə tələb olunmur! Bu proqram yalnız təhsilini tamamlamış şəxslər üçün nəzərdə tutulub. İstisna olaraq, magistr üzrə təhsili davam edən tələbələr də proqramda iştirak edə bilərlər.

· Proqram çərçivəsində namizədlər ilkin mərhələdə peşəkar təlimlərə cəlb olunur və nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar da əldə edirlər. Təlim prosesini uğurla başa vuran namizədlər imtahan mərhələsinə dəvət edilir.

· İmtahan nəticələrinə əsasən:

o Namizədlərə tam ştat və ya yarımştat Satış Məsləhətçisi kimi işə qəbul olunma imkanı təqdim olunur.

o Yarımştat Satış Məsləhətçisi olaraq işə qəbul olunan namizədlərin tam ştat vahidinə keçməsi üçün minimum müddət 1 ay, maksimum müddət isə 3 ay olaraq müəyyən edilmişdir.

Təkliflərimiz:

· Tam ştat üçün: Başlanğıc əmək haqqı: 400 AZN, əlavə olaraq 800 AZN-ə qədər bonus qazanmaq imkanı.

· Yarımştat üçün: Başlanğıc əmək haqqı: 200 AZN, əlavə olaraq 300 AZN-ə qədər bonus qazanmaq imkanı.

Tələblər

Öhdəliklər:

· Təlimlərdə aktiv iştirak etmək.

· Təlim zamanı öyrənilənləri mənimsəmək və tətbiq etmək.

· Təlimçi və mentorla interaktiv işləmək.

· Satış üzrə nəzəri və praktiki bacarıqları inkişaf etdirmək.

Tələblər:

· Təhsilini tam başa vurmuş şəxslər (magistr təhsili alan tələbələr istisna təşkil edir).

· Karyerasını maliyyə sektorunda qurmaq istəyənlər.

· Öyrənməyə açıq olmaq.

· Hədəflərlə işləməyi bacarmaq.

· Pozitiv ünsiyyət bacarığı.

· Komandada işləməyə meyilli olmaq.

Sizə nə vəd edirik:

· Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmək imkanı.

· Təcrübəçilərə Ağstafa filialında təcrübə proqramında iştirak etmək imkanı.

· Maliyyə yönümlü ilkin biliklərin qazanılması.

· Bank və BOKT məhsulları haqqında ümumi məlumatların öyrədilməsi.

· Əmək haqqı + bonus.

Müraciət Qaydası:
Maraqlanan şəxslər CV-lərini “Təcrübə Proqramı (Satış məsləhətçisi – Ağstafa filialı)” başlığı ilə aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər:
? [email protected]

Yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Qeyd edək ki, göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında saxlanılır.

Əlaqə:
? Ünvan: Ağstafa şəh., H. Əliyev 37A
? Telefon: (+994 50) 248 10 00
? Vebsayt: www.sizinlombard.az
? Email: [email protected]

Ümumi məlumat
Əlavə edilib: 16-09-2025
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı