Təlimçi – ekspert
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

– hüquq, o cümlədən insan hüquqları sahəsində təlim modulları hazırlamaq;
– dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi üçün müvafiq sahələrdə təlimlər keçmək;
– hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün müvafiq sahədə təlimlər keçmək;
– müasir rəqəmsal texnoloji həll imkanlarından istifadə etməklə müvafiq sahədə distant təlimlər keçmək;
– dinləyicilərin biliklərinin qiymətləndirilməsi metodikasını hazırlamaq və onun təkmilləşdirilməsi istiqamətində metodiki və təşkilati işlər görmək;
– təlim tələbatının öyrənilməsi istiqamətində təkliflər hazırlanmasında iştirak etmək;
– dinləyicilərin təlim materialları (dərs vəsaitləri, kurs materialları, metodiki göstərişlər, mühazirələr, praktikumlar) ilə təmin edilməsində iştirak etmək;
– hüquqi maarifləndirmə işinin aparılmasında, o cümlədən hüquqi islahatların məzmunu və mahiyyəti barədə ictimaiyyətin məlumatlandırılmasında iştirak etmək, bu məqsədlə materiallar hazırlamaq;
– qanun layihələrinin insan haqları prizmasından ekspertizalarının keçirilməsində və rəylərin hazırlanmasında iştirak etmək;
– beynəlxalq insan hüquqları təsisatlarının və beynəlxalq qeyri-hökumət təşkilatlarının müvafiq hüquq və qanunvericilik sahələri üzrə, xüsusən də Azərbaycanla bağlı qərar və hesabatlarını mütəmadi izləmək və müvafiq arayışlar hazırlamaq;
– müvafiq hüquq sahələri üzrə hazırlanan hüquqi akt layihələrinin və qüvvədə olan hüquqi aktların tənzimləyici təsirinin qiymətləndirilməsinə dəstək vermək;
– şöbəyə daxil olan müraciətlərə baxmaq və müəyyən edilmiş qaydada cavablandırmaq.

Tələblər

Namizədə olan tələblər:
– Hüquqşünaslıq ixtisası üzrə ali təhsil, ixtisas üzrə 5 ildən az olmayan əmək stajı və 2 ildən az olmayaraq müvafiq sahədə təlim keçmə.

Dil bilikləri:
– Azərbaycan dili (ingilis dili B2 səviyyəsində tələb olunur, rus dilini bilmək arzuolunandır).

Kompüter biliklərinə dair tələblər:
– MS Office Proqramlarından istifadə - orta səviyyə;
– təqdimat hazırlama bacarığı (MS PowerPoint) - orta səviyyə;
– internetdən istifadə - orta səviyyə.

Şəxsi xüsusiyyətlər:
– hüquq sahəsində təlim keçmə bacarığı;
– məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət keyfiyyətlərə sahib olmaq;
– yaxşı ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı.

Digər məlumatlar:
Əvvəlki təcrübə haqqında ətraflı məlumat və fotoşəkil əlavə edilmiş CV; mövzu sətrində vakansiyanın adı qeyd olunmalı və 19 mart 2024-cü il (saat 15:00-dək) tarixinədək [email protected] email-nə göndərilməlidir.

Ümumi məlumat
Əlavə edilib: 14-03-2024
Əmək haqqı: 1900 - 1900 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı