Usta-təlimatçı
Knauf Marketing Baku LLC Baku Construction
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Knauf Marketing Baku (inşaat materialları istehsalçısı) şirkəti Usta - təlimatçı vəzifəsinə vakansiya elan edir. Vəzifə özündə ünsiyyət qurma bacarığı, öyrənmə qabiliyyəti və inşaat materialları ilə işləmə səriştəsini ehtiva edir.

Tələblər

Usta-təlimatçının öhdəlikləri:

  • Tikinti, təmir və tamamlama işləri ilə məşğul olan ustalar, briqadalar, prorablar və şirkətlərlə əlaqələrin yaradılması və davamlı olaraq genişləndirilməsi.
  • Knauf materialları və texnologiyaları üzrə nəzəri və praktiki təlimlərin keçirilməsi.
  • Tikinti obyektlərində texniki dəstəyin göstərilməsi.
  • İşlərin icrası üçün zəruri olan material sərfiyyatının hesablanması.
  • Master – klas və seminarların keçirilməsi.
  • Məhsul və xidmətlərin çeşidini genişləndirmək üçün əlavə imkanların müəyyənləşdirilməsi.
  • Şirkətin istehsal etdiyi məhsullara aid maketlərin hazırlanması.
  • Müştərilərin məlumat bazasının tərtib olunması, görülən işlər barədə hesabatların hazırlanması.

Namizədə tələblər:

  • Knauf materialları ilə işləmək üzrə nəzəri və təcrübi biliklərə malik olması (şirkət təlim imkanları təmin edəcək, lakin rəngsaz və gipskarton quraşdırılması sahəsində texniki bacarıq və minimum təcrübə məcburi tələbdir).
  • Ünsiyyət qurma bacarığı olan.
  • Nümayiş və təlimlər üçün lazım olan materialların hesablanması.
  • Çalışqan, diqqətli, dəqiqlik, yaxşı öyrənmə qabiliyyəti.
  • Avtomobil sürmə təcrübəsi olan (В kateqoriya).
  • Azərbaycan və rus dillərini səlis bilməsi mütləqdir, ingilis dili üstünlük hesab olunacaq.
  • Vəzifə fiziki hazırlıq tələb etdiyinə görə, 30 yaşa qədər olan şəxslərə üstünlük verilir.
Ümumi məlumat
Əlavə edilib: 13-03-2024
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı