Əsas öhdəliklər:
- Təchizatçılardan daxil olan ərzaq və qeyri-ərzaq mallarının qaimə, sifariş və müqavilə şərtlərinə uyğunluğunu yoxlamaq, qiymət fərqləri və miqdar uyğunsuzluqları üzrə operativ tədbirlər görmək;
- ERP və ya satış proqramı (Iiko, Poster, Clopos və s.) üzərində alış, transfer, qaytarma və silinmə əməliyyatlarını vaxtında və düzgün işləmək;
- Bütün məhsullar üzrə resepturaların sistemə daxil edilməsi və normativ sərfiyyatın düzgün qurulmasına nəzarət etmək;
- Faktiki və normativ maya dəyəri arasında fərqləri təhlil etmək, məhsulların maya dəyərinin faizlərini hesablamaq;
- Aylıq və həftəlik inventarizasiya (stock count) proseslərini təşkil etmək, fərqlər üzrə analiz və aktların hazırlanmasını təmin etmək;
- Menyu analizini aparmaq, yüksək və aşağı rentabelli məhsullar üzrə təkliflər vermək;
- Gündəlik satış hesabatlarını təhlil etmək; tullantı,və artıq sərfiyyat hallarını müəyyən etmək;
- Aylıq Mənfəət və Zərər (P&L) hesabatını hazırlamaq.
Kvalifikasiya tələbləri:
- Təhsili: Ali təhsil;
- İş təcrübəsi: Müvafiq vəzifədə minimum 1 il iş təcrübəsi;
- Yaş həddi: 25–40.
Tələb olunan bilik və bacarıqlar:
- Rəqəmlərlə işləmə və analitik düşüncə;
- Detallara yüksək diqqət;
- Hesabatlılıq;
- ERP və satış proqramları ilə işləmə bacarığı;
- Excel biliyi.
Biz təklif edirik:
- ARƏM uyğun rəsmi işə qəbul;
- 5 günlük iş qrafiki;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Karyera inkişaf imkanı;
- Dinamik və inkişafyönümlü iş mühiti;
Ünvan: Elmlər Akademiyası, Zahid Xəlilov küçəsi 25A.
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Xərclər üzrə mühasib” başlığı ilə
hr@improve.az elektron poçt ünvanına göndərə bilərlər.


Baku 




Telegram
Facebook
Linkedin