İnsan resursları üzrə mütəxəssis
ARAZNET MMC Bakı Human Resources
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Əsas vəzifə və öhdəliklər:

  • AR-nın Əmək Qanunvericiliyinə, uyğun işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
  • İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması;
  • Məzuniyyət, ezamiyyət, işə qəbul, işdən azad olunmaya və digər kadr kargüzarlığına aid olan sənədləri hazırlayır, imzaya təqdim edir, qeydiyyata alır, imzalanmış sənədlərin vaxtında müvafiq struktur bölmələrə təqdim olunmasını təmin edir;
  • Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
  • Işçilərə cari əmək fəaliyyətləri haqqında arayışların verilməsi;
  • Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.);
  • Kadr sənədlərinin qovluqlara yığılması, qovluqlarda sənədlərin, o cümlədən işçilərin əmək kitabçalarının tam və səliqəli şəkildə saxlanılması üçün məsuliyyət daşıyır;
  • Yeni əmək kitabçalarının verilməsi , doldurulması və qeydiyyatı;
  • Aylıq, rüblük, illik hesabatların hazırlanması;
Tələblər

Namizədə tələblər:

  • Ali təhsil
  • 1-3 il iş təcrübəsi
  • Azərbaycan dili sərbəst, İngilis və ya Rus dili bilikləri arzuolunandır;
  • Ofis proqramları ilə iş təcrübəsi ­- MS Excel sərbəst, (MS Word, MS Outlook);
  • Məsuliyyətli, diqqətli, ünsiyyətcil olmalı və komanda ilə işləməyi bacarmalı.



İş şəraiti:

  • İş vaxtı: 09:00 - 18:00;
  • İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir);
  • Əmək haqqı: Müsahibə əsasında
  • Şirkət tərəfindən korporativ nömrə verilir.
  • Ünvan: Ziya Bünyadov pr 43
  • Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
  • Operativ və düzgün qərar vermək bacarığı;
Ümumi məlumat
Əlavə edilib: 26-03-2024
Əmək haqqı: 600 - 700 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı