Mexanik-Qaynaqçı
Siyəzən Broyler ASC Siyəzən Construction
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Vəzifə öhdəlikləri:

· Avadanlıqların və texnikanın texniki vəziyyətinə nəzarət etmək;

· Planlı texniki baxışların həyata keçirilməsi;

· Nasazlıqların aşkarlanması və aradan qaldırılması;

· Zavod/müəssisə daxilində istifadə olunan mexaniki avadanlıqların təmiri və qulluq işlərinin görülməsi;

· Quraşdırma və sökülmə işlərinin aparılması;

· Təhlükəsizlik qaydalarına riayət olunması və texniki göstərişlərə uyğun işin təşkili.

 

İş şəraiti:

· İş vaxtı: 5 günlük iş rejimi, 09:00-dan 18:00-dək (13:00-14:00 nahar fasiləsi)

· İş yeri: Siyəzən rayonu

Təminatlar:

· Nahar və servis şirkət tərəfindən təmin olunur.

· Rəsmi əmək müqaviləsi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tam rəsmi sənədləşmə aparılır.

· Qalmaq istəyən işçilər yataqxana ilə təmin ediləcəkdir.

· Əməkhaqqı: Namizədin Bilik və bacarığına uyğun təyin ediləcəkdir.

Müraciət qaydası:
CV-nizi cv@siyazantoyuq.az e-poçt ünvanına göndərməyiniz və məktubunuzun "Mövzu" hissəsində Mexanik-qaynaqçı qeyd etməyiniz xahiş olunur.

Əlavə məlumatlar üçün 055-500-54-12 WhatsApp üzrərindən suallarınızı yönləndirə bilərsiz.

Tələblər

· Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;

· Avadanlıqların, maşın və mexanizmlərin texniki baxış və təmiri üzrə bilik və bacarıq;

· Texniki diaqnostika aparmaq və nasazlıqları aradan qaldırmaq qabiliyyəti;

· Pnevmatik və mexaniki sistemlərlə işləmək bacarığı;

· Məsuliyyətli, dəqiq və nizam-intizamlı olmaq;

· Komandada işləmək və operativ qərarlar qəbul etmək bacarığı.

Ümumi məlumat
Əlavə edilib: 14-04-2026
Əmək haqqı: 1000 - 2000 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: cv@siyazantoyuq.az
CV göndərmək

Vakansiya axtarışı