Öhdəliklər:
· Yeni müştərilərin aktiv axtarışı və cəlb edilməsi
· Müştərilərə şirkətin məhsulları haqqında məsləhətlərin verilməsi və təqdimatının aparılması
· Müştərilərin ehtiyaclarına uyğun olaraq kommersiya təkliflərin hazırlanması
· Potensial bazarları müəyyən etmək və satış strategiyasını təkmilləşdirmək üçün bazar araşdırmalarının aparılması
· İşgüzar görüşlərin təşkili və aparılması
· Rəhbərliyə görülmüş işlər üzrə hesabatların təqdim edilməsi
Əmək şəraiti:
· Əmək haqqı: 1000 AZN, namizədin bilik və bacarıqlarına əsasən dəyərləndiriləcək
· İş qrafiki: bazar ertəsi-cümə saat 9:00 - 18:00;
· Mehriban və peşəkar kollektiv;
· Maraqlı tapşırıqlar, bacarıqları nümayiş etdirmə imkanı;
· Karyera inkişafı imkanları;
· Rəqabətli əmək haqqı və bonus sistemi;
· Peşəkar təlimlərdə iştirak.
· Şəhərin mərkəzində ofis şəraiti: Passage 1901, Nigar Rəfibəyli küç.12
Tələblər:
· İT məhsulların satışında iş təcrübəsi (ən azı 1 il).
· Analitik düşüncə tərzi, inkişaf etmiş məntiqi təfəkkür;
· İnformasiya texnologiyaları sahəsində inkişaf etmiş bacarıqlar, İT texnologiyaları sahəsində əsas müasir istiqamətlər barədə biliklər;
· Strateji düşüncə və müştərilərlə uzunmüddətli qarşılıqlı faydalı əlaqələr qurmaq bacarığı.
· Ünsiyyətcillik, punktuallıq, stressə dözümlülük, məsuliyyətlilik, qarşıya qoyulan vəzifələri müstəqil həlletmə, komandada işləmə bacarığı;
· Kompüter və ofis proqramları barədə biliklər – yüksək səviyyədə
· Ali təhsil (menecment, biznesin idarə olunması və s. ixtisaslarına üstünlük verilir)
· Dil bilikləri: Azərbaycan və rus dilləri – mükəmməl səviyyədə, ingilis dili – arzuolunandır.
