“GL” ASC (Sizin Lombard)
Ağstafa şəhərində yerləşən filial üzrə
? Satış məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir!
Əsas vəzifə öhdəlikləri:
Aktiv satışların təşkili və potensial müştərilərin cəlb olunması;Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlanılması;Müştəri müraciətlərinin qəbulu, təhlili, kredit komitəsinə təqdimatı və rəsmiləşdirilməsi;Yeni kredit məhsulları və satış metodları üzrə təkliflərlə çıxış etmək;Müştəri məmnuniyyətini təmin etmək məqsədilə operativ və keyfiyyətli xidmət göstərmək, daxil olan şikayət və müraciətləri yerində araşdırmaq;
Kreditləşmə ilə bağlı sənədlərin düzgün və vaxtında hazırlanmasını təmin etmək.
Namizəddən tələblər:
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;Ali və ya natamam ali təhsil;Yüksək ünsiyyət bacarığı və müştəriyönümlü yanaşma;Fərdi və komanda ilə işləmək bacarığı;Microsoft Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı;Bank və ya bank olmayan kredit təşkilatlarında, xüsusilə lombard sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.
İş şəraiti:
İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00 – 18:00Əməkhaqqı və bonus sistemi:Başlanğıc kateqoriya: 400 AZN əməkhaqqı + 800 AZN bonus = 1200 AZNYuxarı kateqoriya: 600 AZN əməkhaqqı + 1200 AZN bonus = 1800 AZN
Müraciət qaydası:
Tələblərə uyğun olan namizədlərdən “Satış məsləhətçisi (Ağstafa filialı)” başlığı ilə CV-lərini
? [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Qeyd edək ki, göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında saxlanılır.
Əlaqə:
? Ünvan: Ağstafa şəh., H. Əliyev 37A
? Telefon: (+994 50) 248 10 00
? Vebsayt: www.sizinlombard.az
? Email: [email protected]
