Vəzifə öhdəlikləri:
– Mağazanın xərcini, stokunu və sifarişlərini nəzarətdə saxlamalı, doğru idarə etməli, düzgün qərarlar verməlidir.
– Satış hədəfinə çatmaq üçün xərclərin, stokun, satışların, sifarişlərin optimallaşdırma sistemlərini doğru idarə etməlidir.
– Satış komandasını motivasiya etməli, müştəri məmnuniyyətini üst səviyyədə tutaraq hədəfə çatmalıdır.
– Rəqiblər barəsində, rəqiblərin məhsul və qiymət siyasəti barəsində ətraflı məlumat toplamalı və buna uyğun təkliflər hazırlayıb rəhbərliyə təqdim etməlidir.
– Tabeçiliyində olan işçilərin müraciətlərini, təklif və şikayətlərini dinləməli, onları səlahiyyətləri çərçivəsində həll etməli, səlahiyyətlərini aşan məsələlər barəsində tabe olduğu rəhbərinə yazılı müraciət etməlidir.
– Müştərilərlə nəzakətli rəftar edilməsi, müştərilərin məhsullarla ətraflı tanış olmasına şəraitin yaradılmasını təmin etməlidir;
– Mağazanın və anbarın təmiz və səliqəli saxlanılmasını, hər gün satışdan əvvəl malların tam yoxlanışının (adlar, qiymətlər, malın xarici görünüşü, son istifadə tarixi və s.) keçirilməsini təmin etməlidir;
– Mağazada soyuducunun, tərəzinin və s. avadanlıqların işlək vəziyyətdə olmasını təmin etməlidir;
– Malların vitrin və ya rəflərdə səliqəli düzülməsini, əlavə vasitə və avadanlıqların yerində olmasını, vitrində boşluqların olmaması təmin etməlidir;
– Mağazanın anbarındakı malların tamlığını, doğru şərait və şərtlərlə saxlanılmasını, itmə, oğurlanma və zədələnmə hallarının olmamasını təmin etməlidir.Tələb olunan bilik və bacarıqlar:
– Təhsil: Ali
– İş təcrübəsi: 3 ildən 5 ilə qədər
– Yaş: 25 – 48
– Qeyd olunan vəzifə üzrə retail sahəsində təcrübəsi olan namizədlər müraciət edə bilərlər
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: növbəli
– İş yeri: Qaradağ rayonu
Əmək haqqı:
– Başlanğıc əmək haqqı 1400-1700 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
