İş , ofis daxilində , müxtəlif tenderlər, satınalmalar və sorğular üçün şirkət tərəfindən təqdim olunacaq kommersiya təkliflərinin hazırlanmasından , lazım gələrsə Sifarişçilərlə görüşlərin təşkilindən ibarət olacaq .
Əmək haqqı rəsmi şəkildə, karta ödənilmək şərtilə 1200-1500 AZN təşkil edəcək .
İş qrafiki həftənin 5 günü , saat 9:00 – 18:00 aralığında olacaq . Şənbə , bazar və bayram günləri iş günü olmayacaq.
Kommersiya təkliflərinin təqdim olunması zamanı bazar araşdırılması edərək rəqiblərin qiymət siyasətlərini təqib etməli , müxtəlif materialların və işlərin qiymətləndirilməsi zamanı yerli və xarici təchizatçılarla biznes əlaqələri yaradıb təkliflərin qiymətləndirliməsini yerinə yetirməlidir ;
Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi ilə yanaşı Müqavilələri və digər sənədləri tərtib etməyi bacarmalıdır;
HVAC ( isitmə, soyutma və havalandırma ) sistemlərində istifadə olunacaq avadanlıq və materiallar haqqında dərin , peşəkar bilik və məlumatlara sahib olmaqla yanaşı 3 illik iş təcrübəsi olmalıdır ;
Exell , Word , 1C proqramlarında səlis işləməyi bacarmalı , texniki biliklərə sahib olmalıdır ;
AutoCad proqramını başlanğıc səviyyədə bilməli , Sifarişçilər tərəfindən göndərilmiş layihə sənədlərindən anlayışı olmalı və şirkətin mühəndisləri ilə təmasda olmalıdır ;
Ali təhsilli , məsuliyyətli, işə davamiyyətli, nizam-intizam qaydalarına riayət edən, Azərbaycan dilində səlis danışa və yaza bilən , kollektivlə işləmək bacarığı olan xanım namizədlərə üstünlük veriləcək .
Rus və İngilis dillərində bilikləri olan namizədlərə də xüsusi üstünlük veriləcək .
25-40 yaş həddində olmalıdır
CV lər [email protected] və [email protected] emaillərinə göndərilməlidir .