Çağrı Mərkəzi üçün Rəhbər (Manager)
GL ASC Baku Administrative
Требования
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Описание

Vakansiya haqqında məlumat

“GL” ASC (Sizin Lombard) Çağrı Mərkəzi üçün Rəhbər (Manager) vəzifəsinə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

Çağrı Mərkəzinin gündəlik fəaliyyətinin effektiv və səmərəli idarə olunması;Müştəri xidmətləri strategiyasının hazırlanması və həyata keçirilməsi, müştəri məmnuniyyətinin davamlı artırılması;Çağrıların idarə olunması proseslərinin (daxil olan və çıxan zənglər, şikayətlərin cavablandırılması, sorğuların emalı və s.) təşkili və təkmilləşdirilməsi;Komandanın idarə olunması, işçilərin inkişafı, motivasiyası və performansının qiymətləndirilməsi;Əsas performans göstəricilərinin (KPI) müəyyənləşdirilməsi, izlənməsi və məqsədlərə nail olunmasına nəzarət;Müştəri müraciətlərinin və şikayətlərinin analizi, təhlil əsasında inkişaf planlarının hazırlanması;Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;Çağrı Mərkəzi proseslərinin avtomatlaşdırılması, innovativ həllərin tətbiqi üçün təşəbbüslərin irəli sürülməsi;Digər struktur bölmələrlə effektiv əməkdaşlığın təmin edilməsi.

Требования

Tələblər:

✔️ Müvafiq sahə üzrə azı 2-3 il rəhbər vəzifədə iş təcrübəsi (çağrı mərkəzi rəhbərliyi və ya müştəri xidməti idarəetməsi sahəsində təcrübə üstünlükdür);
✔️ Ali təhsil (biznesin idarə edilməsi, marketinq, iqtisadiyyat, menecment və ya digər uyğun ixtisaslar üzrə);
✔️ Güclü liderlik və komanda idarəetmə bacarığı;
✔️ Strateji düşüncə, qərarvermə və problem həll etmə bacarığı;
✔️ Yüksək kommunikasiya və təqdimat bacarıqları;
✔️ Müştəri yönümlü yanaşma və xidmət keyfiyyətinə xüsusi diqqət;
✔️ Analitik təhlil aparmaq və hesabatlar hazırlamaq bacarığı;
✔️ MS Office proqramları və çağrı mərkəzi proqram təminatları ilə işləmə bacarığı.

Təklif etdiklərimiz:

Rəqabətqabiliyyətli əmək haqqı;Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;Dinamik və dəstəkləyici iş mühiti.

Maraqlanan namizədlər CV-lərini “Çağrı Mərkəzi Rəhbəri” başlığı ilə [email protected] ünvanına göndərə bilərlər.

Обзор
Размещено: 13-05-2025
Диапазон зарплат: по договоренности
Контактная информация
Эл. почта: [email protected]
Применить

Поиск вакансий