Vəzifə öhdəlikləri:
· İstehsal olunan məhsulların keyfiyyətinin yüksəldilməsinin planlaşdırılması üzrə işləri yerinə yetirməli;
· Keyfiyyətin idarəetmə sistemi tələblərinin hazırlanmasında istirak etməli və onların yerinə yetirilməsinə nəzarət etməli;
· İstehsal olunan məhsulların keyfiyyət göstəriciləri haqqında lazımi məlumatları araşdırmaq və texniki tələblərə cavab verməyən məhsul istehsalının qarşısını almalı;
· Zay məhsul istesalının səbəblərini müəyyənləşdirməli və bunun qarşısını almaq üçün tədbirlərin hazırlanmasında iştirak etməli.
· Zavoda daxil olan materialları, yarımfabrikatların, dəstləşdirici hissələrin standartlara, texniki tələblərə, konstriktiv şərtlərə uyğun olub olmaması barədə rəy hazırlamalı.
· Keyfiyyətin idarə edilməsi sistemlərinin ölkə daxili va xaricindəki qabaqcıl təcrübəsini öyrənmək və tətbiq olunması barədə təkliflər vermək və müəssisə standartının işlənib hazırlanmasında iştirak etməli.
· İstehsal zamanı məhsulun keyfiyyətinə nəzarət edilməsi və hazır məhsul sınağının aparılması üzrə təlimat və metotların işlənib hazırlanmasında iştirak etmək.
· İstehsal olunan məhsulun keyfiyyətinin yaxşılaşdırılması barədə təkliflər vermək.
Namizədə tələblər:
- Ali təhsil/ metallurgiya sahəsi üzrə;
- Yaş 25-45;
- Qeyri qida sektoru, xüsusilə Metallurgiya və metaləritmə sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
- İSO Keyfiyyət İdarəetmə Sistemi üzrə bilik və təcrübə;
- İstehsal olunacaq məhsulların (detalların) ölçülərini müəyyən etmək və hazır sxemləri oxumaq bacarığı;
- Dil bilikləri: Azərbaycan əla, ingilis və rus dili arzuolunandır.
İş şərtləri:
- 6 günlük iş qrafiki:
- İş vaxtı: 08:00-dan 16:00-a dək
- Əmək haqqı: razılaşma əsasında
- Əmək Məcəlləsinə müvafiq olaraq rəsmiləşdirmə.
- İş yeri Xırdalan ərazisi.
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
