Öhdəliklər:
• Meyvə sahəsi üzrə Keyfiyyət qeydlərinin izlənməsi, təhlili və hesabatlığının aparılması;
• Sifarişçilərin sifarişinə uyğun meyvələrin növlərlə yoxlanıb hazırlanıb sifarişçiyə göndərilməsini həyata keçirmək
• Müştəri şikayətlərinin, geri qaytarılan məhsulların yoxlanılmasına cavabdehlik daşımaq
• Məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlərin təşkil edilməsi;
• Yararsız məhsul haqqında aidiyyəti əməkdaşlara və birbaşa rəhbərinə dərhal məlumat vermək;
• Qida təhlükəsizliyi və gigiyena tələblərinin icra olunub-olunmamasına nəzarət etmək;
• Qida təhlükəsizliyi və/və ya keyfiyyət məsələləri ilə bağlı hər hansı tapıntıları yoxlamaq və müvafiq şöbələrə məlumat vermək;
• Anbar və qablaşdırma sahəsində temperatur, nisbi rütubət nəzarətini və qeydiyyatını aparmaq;
• Keyfiyyətə nəzarət prosedurlarının tətbiq edilməsi;
• Qablaşdırılan məhsulların qablaşdırmasının bütövlüyünü, markalanmanın düzgünlüyünü yoxlamaq;
• Lazım olan hallarda anbar yoxlamalarına görə məsuliyyət daşımaq;
• Keyfiyyətə nəzarət planının,prosedurların,forma və aktların hazırlanması;
• İstehsalat hesabatlarının hazırlanması.
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Rəhbərlik tərəfindən verilən digər vəzifələri yerinə yetirmək.
Yemək və yaşayış yeri ilə təmin olunur.
• Ali təhsil (Qida mühəndisliyi);
• Sertifikat/vəsiqə/lisenziya: müvafiq istiqamət üzrə arzuolunandır;
• Rus dili bilməsi mütləqdir, İngilis-dilini bilməsi isə arzu olunandır
• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (Qida sahəsində təcrübə üstünlükdür);
• Tərtər rayonuna yaxın ərazilərdə yaşayanlara üstünlük verilir;
