"Caspian Lloyd" MMC təsnifat cəmiyyəti Mühəndis-müfəttiş vakansiyasını elan edir.
Beynəlxalq Təsnifat Cəmiyyətləri Assosiasiyasının (IACS) etika qaydalarını bilmək.
Baxış zamanı istismarda olan gəmilərdə hər növ təsnifləşdirici və konvensiya üzrə baxışın həyata keçirilməsi, gəmilərin tikilməsinə texniki nəzarətin yerinə yetirilməsi, texniki sənədlərə baxiş,həmçinin şəhadətnamələrdə göstərilən sahələrdə müəyyən iş və xidmətlərin icra olunması.
-Təhsil: Ali
-Dənizçilik şirkətlərində, təsnifat cəmiyyətlərində, gəmi tikintisi və təmiri müəssisələrdə mühəndis-texnoloq,mexanik, və elektromexanik kimi çalışmış və müvafiq sahədə azı 5 il təcrübəsi olan şəxslər.
-Azərbaycan və ingilis dillərində səlis danışmaq və yazmaq bacarıqları.
-Ofis proqramlarını( Excel,Word,Adobe acrobat və s.) bilmək.
-İMO/SOLAS/MARPOL konvensiyalarını bilmək.
-İşində məsuliyyətli və çalışqan olmaq.
-Ünsiyyət qurmaq və komandada işləmək bacarığı.
