“Lux Concept” funksionallıq və estetik zərifliyi birləşdirən premium mebel istehsalı ilə məşğuldur. Şirkətimiz müştərilərinə eksklüziv kolleksiyalar və yüksək səviyyəli xidmət təqdim edərək, interyerlərdə komfort, üslub və lüks atmosfer yaradır. Ətraflı məlumat üçün: https://luxconcept.az/
İş barədə məlumat:
· İş rejimi: 6 günlük, saat 10:00-19:00, İstirahət günündən 1 gün öncəki gün qısaldılmış iş günü, İstirahət günü – həftədə 1 dəfə;
· İşə qəbul tam rəsmi şəkildə, əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir;
· Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir;
Vəzifə öhdəlikləri:
· Mebel istehsalı üçün eskiz layihələrin Autocad proqramında hazırlanması;
· Ölçülərin düzgün qeyd edilməsi və mebel ustasına eskiz layihənin təqdim edilməsi.
· Müştəri tərəfindən seçilən model və nümunələrə əsasən eskiz layihələrin 3d görüntüsünün tərtib edilməsi,
· Müştəri ilə bağlanan müqavilənin ilk günündən işin təhvil verilməsi prosesinə qədər icraya nəzarətin edilməsi.
· Təhsil: Memarlıq, İnşaat və Dizayn sahəsi üzrə Ali təhsil;
· İş təcrübəsi: Mebel istehsalı sahəsində 2 ildən az olmayaraq iş stajı.
· Xanım namizədlərə üstünlük verilir,
· Kompüter bilikləri: MS Office proqramları, Adeko, Autocad, 3DMAX və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
· Dil bilikləri: Azərbaycan və Rus dilləri səlis, digər dil bilikləri əlavə üstünlük hesab olunur,
· Müasir və klasik üslub istiqamətlərini bilməsi,
· Mebel istehsalının texniki tələblərini və normativlərini bilməsi,
· Konstruksiya ilə işləmə qabiliyyəti,
· Optimal dizayn qərarlarını vermə qabiliyyəti.
· Müştəri ilə işləmə bacarığı.
