Tikinti və ümumi alışlar üzrə satınalma mütəxəssisi
Avrora MMC Baku Procurement
Требования
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Описание

Əsas vəzifə öhdəlikləri:

· Satınalma tələblərinin qəbulu və təmin olunması;

· Tələb olunan mallar üzrə sifarişlərin hazırlanması;

· Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması;

· Şirkəti mal-material və avadanlıqlarla təmin etmk;

· Tədarükçülərlə işgüzar yazışma və danışıqların aparılması;

· Tədarükçülərlə münasibətlərin idarə olunması.

· Qiymət araşdırılması, tenderlər və kotirovka sorğularının həyata keçirilməsi;

· Müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması, müqavilədə kommersiya şərtlərinin müəyyən olunmasına nəzarət olunması;

· Struktur daxili müfaviq hesabatların hazırlanması;

 

İş şərtlərimiz:

· İş qrafiki : Tam iş günü (5 gün);

· İş saatları: 09:00-18:00;

· İş yeri : Bakı ş., Aşıq Molla Cümə küç, 46C;

 

Biz nə təklif edirik:

• Əmək bazarında rəqabətli əməkhaqqı;

• İşçilərə qayğı proqramı;

• Peşəkar komanda mühiti;

• Nahar;

• Şirkət hesabına korporativ nömrə;

• Təlim və inkişaf imkanları;

 

Требования

Tələb olunan bilik və bacarıqlar :

· Komanda şəklində işləmə bacarığı və effektiv ünsiyyət;

· İnandırma və problem həlletmə bacarığı;

· Nəticəyönümlülük və punktuallılıq;

· Təşəbbüskarlılıq və tələbkarlılıq;

· Satınalmalar üzrə mütəxəssis qismində böyük təcrübəyə malik olmalı;

· Təchizat zəncirinin idarə edilməsi və logistika sahəsində biliklərə sahib olmalı;

· Analitik düşünmə qabiliyyəti;

· Xarici və daxili bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması;

· Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;

· Yüksək ünsiyyət qurma bacarığı;

· MS Office proqramlarında yüksək səviyyədə biliklər;

 

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

· Təhsil: Ali (Təchizat, Biznesin idarə edilməsi, İqtisadiyyat sahəsində bakalavr və ya magistr)

· CIPS sertifikatı üstünlükdür;

· Təcrübə: Analoji sahə üzrə minimum 2 illik iş təcrübəsi;

· Dil bilikləri: Rus və İngilis dili;

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Tikinti və ümumi alışlar üzrə satınalma mütəxəssisi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Обзор
Размещено: 16-06-2022
Диапазон зарплат: 1200 - 1500 azn  
Контактная информация
Эл. почта: [email protected]
Применить

Поиск вакансий