Beynəlxalq əlaqələr üzrə mütəxəssis
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

“Beynəlxalq əlaqələr üzrə mütəxəssis” İş barədə məlumat: •Beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə münasibətlərin qurulması və genişləndirilməsi istiqamətində tədbirlər görmək, əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasını təşkil etmək; •Hüquqi məsələlərin həlli ilə bağlı məsləhətlər, təkliflər və tövsiyələr vermək; •Xarici dövlətlərlə əməkdaşlıq çərçivəsində qurum tərəfindən və ya onunla birgə keçirilən beynəlxalq tədbirlərin təşkilini əlaqələndirmək; •Rəhbərliyin verdiyi tapşırıqlar üzrə xarici tərəfdaş şirkətlərlə yazışmaları və danışıqları həyata keçirmək •Beynəlxalq əlaqələrin yaradılması və inkişafı üzrə təkliflərin hazırlanması, •Müqavilələr hazırlamaq, müqavilələrdən irəli gələn müvafiq sənədlərin hazırlanmasını təmin etmək və müqavilələrin şərtlərinin icrasına nəzarət etmək;  

Tələblər

Tələblər: •Beynəlxalq münasibətlər, beynəlxalq hüquq, politologiya, regionşünaslıq ,İnzibati idarəetmə, Dövlət və ictimai münasibətlər, Menecment, Biznesin idarəedilməsi, ixtisasları üzrə ali təhsil. •Minimal iş təcrübəsi – 1-3 il; •Yaş - 22-30 (yalnız bəylər) •Dil bilikləri : rus, alman, fransız və ingilis dillərindən birində sərbəst danışmaq və yazmaq, ərəb və fars dillərində bilik arzu olunandır •Yaxşı səviyyədə MS Office proqramlarından istifadə bacarığı •İşgüzar yazışmaların aparılması bacarığı •Analitik düşünmə bacarığı •Problem həlletmə bacarığı •Planlama və zamanın idarəolunması •Situativ qərarvermə Digər; • AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi • 3 ay sınaq müddətindən sonra tibbi sığorta ilə təmin edilmə • Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq (2000-2500 AZN net) • İş vaxtı 09:00 – 18:00 Maraqlanan şəxslər CV-lərini elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində vəzifənin adı - “Beynəlxalq əlaqələr üzrə mütəxəssis” yazılmalıdır. Yalnız qeyd olunan tələblərə cavab verən CV-lərə baxılacaq. e mail ünvanı: magnetmediagroup@​yahoo.com

Ümumi məlumat
Əlavə edilib: 15-04-2024
Əmək haqqı: 2000 - 2500 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: magnetmediagroup@​yahoo.com
CV göndərmək

Vakansiya axtarışı