Magaza meneceri
New Dute Baki Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Düzgün prioritetləri, gündəlik, həftəlik və aylıq fokus nöqtələrini müəyyənləşdirmək, mağazanın hədəf və məqsədlərinin vaxtında əldə olunmasını təmin etmək.
Mağaza heyəti ilə keçirilən gündəlik/həftəlik/aylıq iclaslarda iştirak etmək.
Gündəlik planların, cədvəllərin, xəbərlərin, əsas məqamların, problemlərin müəyyənləşdirilməsi, tapşırıq və rəylərin prioritetləşdirilməsi üçün cavabdehlik daşımaq.
Faktiki satış prosesinin bütün aspektlərində iştirak etmək, lazım olduqda müştərilərə kömək etmək, məhsul haqqında tələb olunan məlumatı vermək, kassada satış prosesinin başladılmasına və bağlanmasına kömək etmək.
Mağazaların effektivliyini artırmaq üçün gündəlik/həftəlik/aylıq və illik uğurlu satış planları işləyib hazırlamaq.
Məhsullara nəzarət.Malların qaytarılması və dəyişdirilməsi üzrə hesabatlara nəzarət etmək və onları yoxlamaq, tələb olunan bütün məlumatların qeyd olunmasını təmin etmək.
Mağazanın satış heyətinin və digər heyət üzvlərinin işinə nəzarət etmək, işçilərə nəzarət etmək, tapşırıqları bölüşdürmək, işçilərin problemlərini idarə etmək və iş cədvəllərini hazırlamaq.
İşçilərin işə götürülməsi ilə bağlı İR şöbəsinə kömək etmək, işçilərin təlimatlandırılması və inkişafı ilə məşğul olmaq.
Hər bir işçinin vəzifəsi üzrə Əsas Effektivlik Göstəricilərinə nəzarət etmək.
İşçilərin cədvəllərini gündəlik nəzərdən keçirmək, dəyişiklikləri, əvəzçilikləri, məzuniyyətləri, xüsusi məzuniyyət tələblərini təsdiq etmək.
Tələbat və təlimatlar üzrə yeni məhsullar sifariş etmək və sifarişi müvafiq qaydada anbarda saxlamaqla mağazanın inventarizasiyasını idarə etmək, mağazanı inventarizasiya və yoxlama üçün hazırlamaq.
Satışa çıxarıla bilən və bilməyən ehtiyatların hərəkəti prosesini idarə etmək və ona nəzarət etmək, mağazaya daxil olan və mağazadan çıxan hər hansı məhsul/mal, onların miqdarı, keyfiyyəti, istifadəsi və məqsədi üçün cavabdehlik daşımaq, anbar işçiləri ilə birlikdə malların qəbulunda iştirak etmək.
Alış trendləri, müştəri tələbləri və ehtiyaclar üzrə təfsilatlı hesabatlar hazırlamaq.
Yüksək səviyyədə müştəri məmnuniyyətini təmin etmək, müştəri problemlərini effektiv şəkildə aradan qaldırmaq.

Tələblər

Təhsil : Aliİş təcrübəsi : 1 ildən 3 ilə qədərYaş : 25 - 35Cins : QadınMağaza idarəçiliyi üzrə 1 illik təcrübə
Məhsula və anbara nəzarətin idarə edilməsi, oğurluq və itkilərin qarşısının alınması üzrə təcrübə.
Prosedurlarla işləmək təcrübəsi.
Yeniliklərə və öyrənməyə açıq olmaq.
Müştərilərə məhsulları tapmaqda kömək etmək üçün məhsulları məntiqi yerləşdirilməsini təşkil etmək bacarığı.
Mağazanın statistik və maliyyə hesabatlarını verə bilmək bacarığı.
Sağlamlıq və təhlükəsizlik qanunvericiliyinə əməl etməyi bacarmaq.
İnzibati tapşırıqları yerinə yetirmək.
Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı.
Kompüter bilikləri (MS Office, Word, Excel və s.)

Ümumi məlumat
Əlavə edilib: 10-04-2024
Əmək haqqı: 800 - 1000 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı